Bazar ertəsi , Noyabr 10 2025
azfa

Türkiyənin Suriyadakı səfirliyi açıldı

GADTB: Türkiyənin Suriyadakı səfirliyi 12 il 9 aya yaxın müddətdən sonra rəsmən fəaliyyətini bərpa edib. Bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, Türkiyənin Dəməşqdəki səfirliyin müvəqqəti işlər vəkili Burhan Koroğlu və heyətinin gəlişi ilə bu gün səfirlik rəsmən açılıb.

Qeyd edək ki, Türkiyənin Dəməşqdəki səfirliyi Suriyada baş verən hadisələrlə bağlı 26 mart 2012-ci il tarixində fəaliyyətini dayandırmışdı. Səfirlik əməkdaşları və onların ailə üzvləri də bu qərarla Türkiyəyə qayıtmışdılar.

Suriyanın İstanbuldakı Baş Konsulluğu isə fəaliyyətini davam etdirirdi.

Həmçinin yoxlayın

Evin həbsxanası önündə aksiya – “Araz Aman”ın ailəsi də etirazçılara qoşuldu

GADTB: Artıq üçüncü gündür ki, Tahir Nəqəvi və Vədud Əsədinin ailə üzvləri və yaxınları, bu …

İki hindli “nüvə alimi” adı ilə İranı aldadıb milyonlar qazanıb

GADTB: İranda iki hindistanlı şəxs – Axtar Hüseyni Qutbuddin Əhməd və Adil Hussaini – özlərini …