Cümə axşamı , Aprel 24 2025
azfa

Türkiyənin təşəbbüsünə mane olmaq üçün İsrail Suriyanı bombarduman edib

GADTB: İsrail Türkiyənin Suriyada nüfuzunun artmasından qorxuya düşüb. Ona görə də Suriyanı bombarduman edib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Reuters agentliyinə müsahibəsində deyib ki, “ölkəsi Suriyada İsraillə hər hansı münaqişənin olmasını istəmir, çünki İsrailin ölkədəki hərbi mövqelərə təkrar hücumları Suriyanın yeni hökumətinin təhdidləri cilovlamaq qabiliyyətini zəiflədib”.

Müsahibənin başqa bir hissəsində Fidan əlavə edib ki, İsrailin Suriyadakı hərəkətləri regionda daha da qeyri-sabitliyə yol açır.

O, əlavə edib: “Əgər Dəməşqdəki yeni hökumət Türkiyə kimi Suriya ilə qonşu olan İsraillə anlaşmaq istəyirsə, bu, onların işidir”.

Donald Trampın ABŞ-ın İslam Respublikasına hərbi hücumu ilə bağlı xəbərdarlıqlarına cavab olaraq Fidan mübahisənin həllinin diplomatiya tələb etdiyini və Ankaranın qonşu ölkə İrana qarşı hər hansı hücumun şahidi olmaq istəmədiyini bildirib.

Həmçinin yoxlayın

Ermənistan barışığa xidmət edən addımlarımıza qarşı çıxır

GADYB: Qərbi Azərbaycan İcması Ermənistanın dağıdıcı addımları ilə bağlı bəyanat yayıb:  Bəyanatda deyilir ki, bu …

Ermənistan terror təşkilatına 235 milyon ayırdı

GADTB: Ermənistan hökuməti fəaliyyətinin davamlılığını təmin etmək üçün “Yerkrapa” Könüllülər İttifaqına (terror təşkilatı) 234 milyon …