Türkiyə Cümhuriyyətinin qurulmasının 102 illiyidir

GADTB: Bu gün Türkiyə Respublikasının qurulmasının 102 illiyidir.

1923-cü il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi Cümhuriyyəti elan edib.

İki il sonra – 1925-ci ildə 29 oktyabrın türk dövlətinin yaranması günü kimi qeyd olması barədə qanun qəbul olunub.

Birinci Dünya müharibəsində Osmanlı İmperiyası məğlubiyyətə uğrayandan sonra ərazisi işğala məruz qaldı. Həmin vaxt Mustafa Kamal Atatürkün başçılıq etdiyi hərəkatın mübarizəsi 1923-cü ildə milli qüvvələrin qələbəsi ilə başa çatıb.

1923-cü ildən Türkiyədə parlament üsul idarəsi dövlət idarəetmə forması mövcud idi. Ölkə 2018-ci ildən prezident üsul-idarəsinə keçib.

Türkiyənin ilk Prezidenti Mustafa Kamal Atatürk (1923-1938) olub.

Hazırda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır. Onun sədri olduğu Ədalət və İnkişaf Partiyası ilk dəfə 2002-ci ildə parlament seçkilərində qalib gəlib. Həmin dövrdən Türkiyənin hakim partiyasıdır.

Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğan Cümhuriyyәtin qurulmasının 102-ci ildönümü münasibәtilә bәyanat yayıb.

Prezident Ərdoğan oktyabrın 29-da yaydığı bəyanatda ölkə daxilində və xaricdə yaşayan vətəndaşları, Kiprdəki türkləri, həmçinin sevinclərini bölüşən bütün dost ölkələri Cümhuriyyət Bayramı münasibətilə təbrik edib.

R.T.Ərdoğan deyib: “Bu qürurlu gündə vətəndaşlarımızı, Kiprdəki türklәri və xaricdə yaşayan qardaş-bacılarımızı ürəkdən təbrik edirəm. Bu torpağı qanı və canı ilə vətənə çevirən qəhrəmanlarımızı hörmətlə yad edirəm’’.

R.T.Ərdoğan həmçinin Cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürkü və İstiqlal Müharibəsinə rəhbərlik edən Türkiyə Böyük Millət Məclisinin üzvlərini də ehtiramla yad edib.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta və sayın Sara xanım Azərsun Sidneydə 23 April Uşaklar Günü tədbirində- Video

GADTB: 23 Aprel Uşaqlar Günü münasibətilə Avstraliyanın Sidney şəhərində Türk Öz Təşkilatı tərəfindən tədbir təşkil …

WSJ: İran ABŞ ritorikasını yumşaltsa, danışıqlara hazırdır

GADTB: The Wall Street Journal qəzetinin məlumatına görə, İran vasitəçilər üzərindən ABŞ-a mesaj göndərərək, prezident …