Cümə axşamı , Sentyabr 17 2026
azfa

Türkiyə İran raketlərinin buraxıldığı yerləri müəyyən etdi

GADTB: Türkiyə ayın əvvəlindən bəri hava məkanında ələ keçirilən üç İran ballistik raketinin buraxıldığı yerlərini müəyyən edib. Bu barədə “Star” qəzeti məlumat yayıb.

Məlumata görə, Tehranın raket hücumlarında iştirak etmədiyi ilə bağlı açıqlamalarına baxmayaraq, Ankara ilk raketin martın 4-də Tehranın şimal-şərqindən atıldığına dair açıq məlumatlar əldə edib. İkinci ballistik raket martın 9-da İran paytaxtının qərbindən, üçüncüsü isə martın 13-də Tehranın şimal-qərbindən atılıb.

“Raketlərin buraxılması əsasən SEPAH qüvvələrinin yerləşdiyi ərazilərdən həyata keçirilib. Məqsəd, ehtimal ki, İncirlik aviabazası, həmçinin Tehranın fikrincə, İran ordusunun hərəkətlərini izləyən NATO-nun Kürəcik radarı olub”, – deyə qəzet yazıb.

Nəşr Ankaradakı təhlükəsizlik mənbələrinə istinadən qeyd edir ki, İran tərəfinə Türkiyənin ballistik raketlərin ələ keçirilməsinə “təmkinli yanaşmasının” hadisəyə “məhdudiyyətsiz tolerantlıq nümayişi” kimi qəbul edilməməli olduğu barədə açıq bir siqnal verilib. “Türkiyə milli təhlükəsizliyi təmin etmək üçün kifayət qədər gücə malikdir və şübhə etmədən bütün zəruri tədbirləri görəcək”, – deyə nəşr Ankaradakı mənbələrin mövqeyinə istinadən bildirib.

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …