Çərşənbə , Oktyabr 14 2026
azfa

Türkiyə İstanbulda İranın Bank Millət filialının fəaliyyət icazəsini ləğv edib

GADTB: Türkiyənin Bank Tənzimləmə və Nəzarət Qurumu (BDDK) İranın “Bank Millət” bankının İstanbulda yerləşən mərkəzi filialının fəaliyyət icazəsini ləğv edib.

Bu qərar Türkiyənin “Rəsmi Qəzet”ində dərc olunub və ölkənin bankçılıq qaydalarına əsasən qəbul edilib. Həmin qaydalara əsasən, əmanətçilərin hüquqları və ya maliyyə sisteminin təhlükəsizliyi və sabitliyi üçün risk yarandığı halda bankın fəaliyyət icazəsi ləğv edilə bilər. Rəsmi açıqlamada bu qərarın ABŞ-ın tədbirləri və ya Vaşinqtonun sanksiyaları ilə birbaşa əlaqəli olduğu qeyd edilməyib.

Sahibliyi İran dövlətinə məxsus olan Bank Millət bundan əvvəl də ABŞ sanksiyalarının təsiri nəticəsində beynəlxalq maliyyə şəbəkəsinə çıxış imkanlarının əhəmiyyətli hissəsini itirmişdi.

İstanbul filialının fəaliyyət icazəsinin ləğvi İran İslam Respublikasına qarşı iqtisadi və maliyyə təzyiqlərinin artdığı bir vaxtda baş verib. ABŞ isə müttəfiqləri və tərəfdaşlarını Tehrana qarşı iqtisadi təzyiqləri gücləndirməyə çağırıb.

Həmçinin yoxlayın

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …