Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Türkiyə istehsal etdiyi “Gökbey” helikopterinin 3-cü prototipinin ilk sınaq uçuşunu həyata keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin sertifikatlaşdırma sınaq işləri davam edən “Gökbey” helikopterinin 3-cü prototipinin ilk uçuşu uğurla başa çatıb.

Türkiyə Prezidenti Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir sertifikatlaşdırma sınaq işləri davam edən “Gökbey” helikopterinin 3-cü prototipinin ilk uçuşunun uğurla başa çatdığını bildirib.

İsmail Demir “Twitter”dəki hesabından məlumat paylaşaraq, “Təxminən 40 dəqiqə davam edən bu uçuşla uçuş test fəaliyyətlərinə daha yeni bir prototip daxil etdik” deyib.

O, paylaşımında helikopterin qalxma və enmə görüntülərinin videosunu da əlavə edib.

https://www.trt.net.tr/azerbaycan/video/elm-v-texnologiya/gokbey-helikopterinin-3-cu-prototipinin-ilk-ucusu-reallasib

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …