GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində terrorçu YPG mövqelərini top atışları ilə bombalamağa başlayıb. Həmçinin terrorçuların toplaşdığı ərazilər təyyarələrdən bombarduman edilib.
Türkiyənin Hatay vilayətinin Kırıkhan ve Hassa ərazilərindən YPG mövqelərinə ən azı 10 zərbə endirilib.
Bildirilib ki, bu hücumlar YPG-nin silahlı atışlarına cavab olaraq həyata keçirilib.