Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Türkiyə özünü ləğv etmiş PKK-nı əlaltısına çevirmək istəyə İran və İsrailə xəbərdarlıq etdi

GADTB: NTV mənbələrə istinadən yaydığı məlumata görə, PKK-nın özünüləğv qərarından sonra gözlər terror təşkilatının tərk-silah prosesinə çevrilib. Türkiyə Milli İstehbarat Təşkilatı (MİT) prosesi hər an izləyəcək. Ankaranın planı da hazırdır. Dörd ay ərzində nəticənin əldə edilə biləcəyi də bildirilir.

Mənbələr “Terrorsuz Türkiyə” hədəfinə zərər verəcək addımların atılmaması ilə bağlı İsrail və İrana xəbərdarlıq edildiyini də vurğulayıblar:

“Bölgədə kürdləri proksi qüvvə halına gətirməyə çalışırlar. Ankaranın da bu məsələdə mövqeyi bəllidir. Qarşı tərəflərə (İsrail və İran – red.) çatdırılıb ki, kürdlər proksi qüvvə kimi sərhədimizə gətirilərsə, bu, müharibə aktı kimi qiymətləndiriləcək”.

Həmçinin yoxlayın

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …