Cümə axşamı , Oktyabr 15 2026
azfa

Türkiyə parlamentinin sədri: “Ermənistan və Azərbaycanın probleminin həll olunmamasının səbəbi erməni diasporudur”

İranda ermənilərə məxsus “HUR” Tərcümə və Araşdırma Mərkəzinin “Teleqram” kanalı yazıb ki, Türkiyə Milli Məclisinin sədri Numan Kurtulmuş Ermənistanın Azərbaycanla sülh şəraitində yaşamaqdan başqa şansının olmadığını açıqlayıb. O, bildirib ki, Azərbaycan Ermənistanla münasibətləri nizamlamaq istəyir.

“Ermənistan və Azərbaycanın problemi Ermənistanda yaşayan ermənilərlə deyil, Avropa və Amerikadakı erməni_diasporasının erməniləri və bu bölgədə sülh istəməyən dairələrlə bağlıdır. 30 il ermənilərin işğalı altında olan Qarabağ 44 gündə azad edilib. Nikol Paşinyanın bunu qəbul etməsi ilə bağlı sözləri, xüsusilə erməni diasporunun ciddi narazılığına səbəb olub. Ermənistanın bu bölgədə Azərbaycanla dinc və sülh şəraitində yaşamaqdan başqa şansı yoxdur”, – deyə, Numan Kurtulmuş əlavə edib.  /Azad İran

Həmçinin yoxlayın

Urmiya gölü ilə bağlı “Gölün uşaqları” filmi İstanbulda nümayiş olunacaq

GADTB Azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin “Gölün uşaqları” filmi İstanbulda keçiriləcək 20-ci Memarlıq Filmləri Festivalında nümayiş …

ABŞ ordusu İrana qarşı “Bütün bombaların anası”ndan istifadəni nəzərdən keçirir

GADTB: CNN telekanalı ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ ordusu İrana qarşı gələcək mümkün …