Cümə axşamı , Noyabr 12 2026
azfa

Türkiyə raket atdığına görə İrana xəbərdarlıq etdi

GADTB: Bu gün Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin direktoru Bürhanəddin Duran “X” hesabında İrandan atılan ballistik raketlə bağlı hadisədən sonra açıqlama verib.

O, Ankaranın vəziyyəti yaxından izlədiyini və artıq lazımi təhlükəsizlik tədbirlərini həyata keçirdiyini vurğulayıb. O, dövlət qurumlarının tam koordinasiyalı şəkildə hərəkət etdiyini və Türkiyənin hava məkanını və sərhədlərini qorumaq imkanlarının “ən yüksək səviyyədə” olduğunu bildirib.

Duran bütün tərəfləri, xüsusən də İranı regional təhlükəsizliyə və mülki əhalinin təhlükəsizliyinə təhlükə yarada biləcək hərəkətlərdən çəkinməyə çağırıb. O, münaqişənin daha da şiddətlənməsinin və genişlənməsinin qarşısını almağın vacib olduğunu qeyd edib.

Qeyd edək ki, Bu gün Türkiyə Müdafiə Nazirliyi İrandan buraxılan ballistik raketin Türkiyənın hava məkanında zərərsizləşdirildiyini açıqlayıb.

Bir neçə qəlpə Qaziantepdəki boş əraziyə düşüb. Xəsarət alan olmayıb.

Nazirliyin açıqlamasında mehriban qonşuluq münasibətlərinin və regional sabitliyin qorunmasının vacibliyi vurğulanıb.

Ankara xəbərdarlıq edib ki, ölkənin ərazi bütövlüyü və hava məkanının təhlükəsizliyi təhdid altında qalarsa, onu qorumaq üçün bütün lazımi tədbirlər görüləcək.

Həmçinin yoxlayın

Traxtur klubunun İdarə Heyətinin sözçüsü klubun və azarkeşlərin hüquqlarını müdafiə etdiyinə görə 2 milyard tümən cərimələnib!

GADTB: Azərbaycanın Traxtur klubunun İdarə Heyətinin sözçüsü Məhəmməd Həsənnejad klubun və Traxtur azarkeşlərinin hüquqlarını müdafiə …

Akkuyu AES-in ilk enerji blokunun fiziki işə salınmasına az qalıb

GADTB: “Rosatom”un rəhbəri Aleksey Lixaçov jurnalistlərə açıqlamasında bildirib ki, “Rosatom” dövlət korporasiyası Türkiyədə inşa edilən …