GADTB: Türkiyənin energetika və təbii Sərvətlər naziri Alparslan Bayraktar MTA Oruc Rəis seysmik araşdırma gəmisinin 5 oktyabrda Somaliyə göndəriləcəyini bildirdi.
Ankarada Enerji Strategiyaları Konfransında çıxış edən nazir A.Bayraktar bu ay “Enerjidə 2035 Strategiyası”nı açıqlayacaqlarını qeyd etdi. O, Türkiyədə enerjinin təxminən 66-67 faizinin idxal edildiyini söyləyərək xaricdən asılılığı azaltmaq üçün bəzi sahələrə diqqətin yönəldilməsinin vacibliyini və bərpa olunan enerji ilə səmərəliliyin prioritet olduğunu vurğuladı.
Türkiyədə elektrik istehsalında təbii qazın payını 20 faiz səviyyəsində saxlamağı hədəflədiklərini bildirən A.Bayraktar təbii qaz axtarışları üçün Oruc Rəis seysmik araşdırma gəmisinin 5 oktyabr 2024 tarixində Somaliyə yola düşəcəyini bildirdi.
Alparslan Bayraktar enerji layihələri üçün avadanlıq istehsalında yerli istehsalın vacibliyini vurğulayaraq bununla Türkiyənin enerji infrastrukturunun güclənəcəyini söylədi.