Çərşənbə , Oktyabr 21 2026
azfa

Türkiyənin PUA uğuru ABŞ konqresmenlərini qəzəbləndirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin PUA uğurundan qəzəblənən ABŞ Konqresinin 27 üzvünün ölkənin Dövlət katibi Entoni Blinkenə bununla bağlı məktub yazıblar.

Onlar yazıblar ki, Türk PUA-ları Cənubi Qafqaz, Cənubi Asiya, Şərqi Aralıq, Orta Şərq və Şimali Afrikadakı münaqişələrində rolu böyükdür. ABŞ-dan Türkiyəyə dron ixracatı dərhal dayandırılmalıdır.

 “Türk PUA-ları ABŞ-ın mənfəət və müttəfiqlərini təhlükə altında qoyur və dünyanın bir çox bölgəsində qeyri-sabitliyə yol açır”, – deyə məktubda bildirilib.

Mətndə Türkiyənin ötən ilin sentyabrın 27-də Ermənistan- Azərbaycan arasında başlayan 2-ci Qarabağ müharibəsinə Azərbaycana dəstək üçün PUA-lar göndərdiyi yazılıb.

İddiaya görə, “Bayraqdar TB2” PUA-larında ABŞ müdafiə sənayesinin texnologiyası və hissələrindən istifadə olunduğu sübut edilib.

Bundan başqa, məktubda türk PUA-larının Suriyada YPG/PKK terror təşkilatına qarşı da istifadə olunduğu yazılıb:

“Eyni zamanda, Liviyada vətəndaş müharibəsində də türk PUA-ları vacib rol oynayıb”.

Həmçinin yoxlayın

Tramp: İran üzərində qələbəyə necə nail olacağımız barədə yalnız yekun qərarı vermək qalır

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 20-si, çərşənbə axşamı İranla müharibənin “çox tezliklə” başa çatacağına …

“TankerTrackers”: İrandan Çinə xam neft idxalı sürətlə azalır; neft saxta sənədlərlə Malayziya, İndoneziya, İraq və Oman nefti kimi rəsmiləşdirilir

GADTB: Neft tankerlərinin hərəkətini izləyən “TankerTrackers” şirkəti neft və enerji bazarı üzrə ixtisaslaşmış əmtəə bazarı …