Cümə , Sentyabr 18 2026
azfa

Türkiyənin Türk Dövlətləri Təşkilatı ölkələri ilə illik ticarət həcmi 17 milyard dollara yaxınlaşıb

GADTB: Türkiyənin Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə illik ticarət həcmi 17 milyard dollara yaxınlaşıb.

“TRT Haber”in məlumatına görə, Türkiyənin TDT ölkələrinə məhsul ixracının həcmi ötən il 9,6 milyard dollar təşkil edib. Buna qarşılıq olaraq 7,3 milyard dollarlıq məhsul sözügedən ölkələrdən idxal edilib. Beləliklə, TDT ölkələri ilə illik ticarət həcmi 17 milyard dollara yaxınlaşıb.

Türkiyənin məhsul ixrac etdiyi TDT-yə üzv ölkələr arasında Qazaxıstan illik 3,2 milyard dollarla birinci yerdə qərarlaşıb. Azərbaycan 3 milyard dollarla ikinci, Özbəkistan (1,3 milyard dollar) isə üçüncü sırada yer alıb.

Qeyd edək ki, mayın 15-də Qazaxıstanın Türküstan vilayətində TDT-nin dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü keçiriləcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə 13-15 may tarixləri aralığında Qazaxıstana səfər edəcək.

Həmçinin yoxlayın

Məktəblərin başlandığı bir vaxtda adları türk dilində olduğuna görə doğum haqqında şəhadətnamə verilməyən çox sayda uşaq var

GADTB: Sentyabrın gəlişi və məktəblərin açılması ilə milyonlarla uşaq həvəslə məktəbə yollanır. Məktəb uşaqların həmyaşıdları …

Tramp: İran İslam Respublikası süqut vəziyyətindədir

GADTB: ABŞ prezidenti Donald Tramp cümə axşamı axşam keçirdiyi mətbuat söhbətində bildirib ki, onun fikrincə, …