Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Türkiyənin yeni əl qumbaraatanı sınaqdan keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyədə 40 mm-lik TG40-BA əl qumbaraatanı istehsal edilib.

Bu barədə “Anadolu” agentliyi xəbər verir.

Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəisi İsmayıl Dəmir agentliyinə açıqlamasında qumbaraatanı ölkənin müdafiə sahəsində idxaldan asılılığının minimuma endirilməsi istiqamətində atılacaq növbəti addımlar adlandırıb.

Onun sözlərinə görə, TG40-BA bir neçə növ sursatla istifadəyə hazır olan ilk yerli qumbaraatandır.

TG40-BA-nın 40×46 mm və 40×51 mm-lik döyüş sursatları ilə təchiz ediləcək.

Qumbaraatan tənzimlənən optik nişangahla təmin edilib. Optik nişangah düşmənin 800 metrə qədər məsafədəki obyektini dəqiq vurmaq imkanına malikdir.

Yeni əl qumbaraatanı uğurla sınaqdan çıxıb.

Həmçinin yoxlayın

Yürüş Mehrəlibəyli və Əli Babayi Təbriz həbsxanasında uyğun olmayan kameralara köçürülüblər

GADTB: Yürüş Mehrəlibəyli ötən həftə karantin kamerasına, Əli Babayi isə detoksikasiya bölməsinə köçürülüb. Mənbələrin verdiyi …

Nəsir Rəzmcu Ərdəbildə evinə ETTELAAT əməkdaşlarının basqınından sonra həbs edilib

GADTB: Azərbaycanlı fəal Nəsir Rəzmcu bu gün, çərşənbə axşamı, 27 oktyabr 2026-cı il səhər saatlarında …