Bazar , Sentyabr 20 2026
azfa

Türkiyedə istehsal edilən Kanadanın elektrik enerjisi ilə işləyən ilk yedək gəmisi təhvil verildi

GADTB: Türkiyenin gəmiqayırma şirkəti tərəfindən Türkiyedə istehsal edilən Kanadanın ilk sıfır emissiyalı və tam elektrik enerjisi ilə işləyən yedək gəmisi Vankuver şəhərində təhvil verilib.

Firmanın İstanbuldakı gəmiqayırma zavodunda istehsal edilən “Haisea Wamis” adlı yedək gəmi Britaniya Kolumbiyasının Kitimat şəhərindəki “LNG Canada” mayeləşdirilmiş təbii qaz ixrac terminalında xidmət göstərəcək.

Şirkətin İdarə Heyətinin sədri Əli Gürün bildirib ki, cari il ikisi elektrik, ikisi hibrid dizel mühərrikli daha dörd yedək gəmisi təhvil verəcəklər.

Gürün Kanada miqyasında geniş yedək gəmisi və dənizçilik xidmətləri göstərən “KOTUG Canada” ilə də dünyanın ilk iki metanol yanacaqlı müşayiət yedək gəmisi üçün müqavilə imzaladıqlarını bildirib.

Gürün yedək gəmilərin “Trans Mountain” neft boru kəmərinin tutumunun artırılması layihəsi tamamlandıqdan sonra xam neft ixrac limanına yanaşacaq tankerlərə xidmət göstərəcəyini bildirib.

Həmçinin yoxlayın

Azərbaycanlı idmanşı qız Eylin Zamani çempion oldu- Video

GADTB: Cənubi Azərbaycanın Təbriz şəhərindən olan idmançı qız Eylin Zamani böyük güclə meydana çıxaraq mübarizə …

Əhərdə Şeyx Şəhabəddin Əhəri tarixi türbəsinin ərazisində yeni tikinti türbəyə zərər yetirir

GADTB: Əhər rayonunda yerləşən Şeyx Şəhabəddin Əhəri türbəsinin ərazisində yeni tikinti işlərinin aparıldığını əks etdirən …