Şənbə , Noyabr 14 2026
azfa

Türklərin vahid diasporu yaradılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, martın 28-29-da Türkiyənin Bursa şəhərində Türk Dövlətləri Təşkilatının II Diaspor Forumu keçirilib.

Türk Dövlətləri Təşkilatına üzvü olan ölkələrin diasporlarının mövcud vəziyyəti və gələcək perspektivləri” mövzusuna həsr olunmuş panel iclasında YTB sədri Abdullah Eren, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Qazaxıstanın “Vətəndaşlar” Fondunun vitse-prezidenti Magauiya Sarbassov, Qırğızıstan Xarici İşlər Nazirliyinin Məcburi Miqrasiya üzrə Departamentinin direktoru Taştanbek Kayimazarov, Özbəkistan Nazirlər Kabineti nəzdində Millətlərarası Əlaqələr və Xarici Ölkələrlə Dostluq Komitəsinin sədri Rustambek Kurbanov çıxış ediblər.

Türk Dövlətləri Təşkilatının II Diaspor Forumu qarşıya hansı hədəflər qoyub?

Bu barədə Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım məlumat verib.

Onun sözlərinə görə, əsas məqsəd bir millətin bir diasporunun olmasıdır:

“Bursa 2022-ci il üçün Türk dünyasının mədəniyyət paytaxtıdır. 2023-cü ildə də Şuşanın mədəniyyət paytaxtı olması qərara alındı. Burada diaspor toplantısında Türk dövlətləri- Azərbaycan, Türkiyə, Qazaxıstan,  Özbəkistan, Türkmənistan, Kipr, eləcə də Macarıstandan nümayəndələr çağırılmışdı. Əsas hədəf tək diaspor olaraq fəaliyyət göstərməkdir. Bunun üçün hansı ölklər nə işlər görə bilər və s. müzakirə mövzusu oldu”.

Deputat deyib ki, Türk dövlətlərinin diaspor təşkilatları artıq bu təklif üzərində işləyəcək:

“Mən ilk gündə danışıqlara qatıldım. Bir millətin tək diasporu olaraq davam edilməsi danışıldı. Türk dünyasının Avropa və Amerikada fəaliyyət göstərən nümayəndələri birlikdə çalışacaqlar”.

Həmçinin yoxlayın

Mossad rəhbəri İran rejimi ilə müharibə məsələsini müzakirə etmək üçün Vaşinqtona gedib

GADTB: Mossad rəhbəri Roman Qofman cümə günü İran rejimi ilə müharibə barədə ABŞ-ın yüksək vəzifəli …

Rubio: İran nüvə silahı hazırlamaq üçün bütün işləri görür və nüvə silaahı istəmədiyini iddia edir

GADTB: ABŞ-ın dövlət katibi Marko Rubio İran İslam Respublikası rejiminin nüvə silahı əldə etməyə çalışdığını …