Çərşənbə , Sentyabr 9 2026
azfa

TÜRKPA Türk dünyasında dil birliyinə töhfə verməyi hədəfləyən iki layihə hazırlayıb

GADTB: Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) parlament diplomatiyasına və Türk dünyasında dil birliyini gücləndirməyə töhfə verməyi hədəfləyən “Qanun” və “Qamus” adlı iki layihə həyata keçirib.

Bu barədə TÜRKPA-nın baş katibi, səfir Mehmet Süreyya Er məlumat verib.

Onun sözlərinə görə, “Qanun” layihəsi Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistana aid hüquqi qanunvericiliyi təşkil edən mətnləri rəqəmsal mühitdə bir araya gətirərək ziyarətçilərinə beş dildə xidmət göstərir.

“Qanun” türkcə, Azərbaycan dili, qazaxca, qırğızca və ingiliscə dil seçimləri təqdim edən sistem sənədlərdə axtarış, filtrləmə, işarələmə və fərdi iş faylı yaratmaq kimi funksiyaları özündə birləşdirir.

Burada, həmçinin axtarış və filtrləmə, məlumatların idarə olunması, oxucu ekranı, işarələmə, sənəd yaradılması və müqayisəli təhlil kimi funksiyalar mövcuddur.

TÜRKPA-nın digər layihəsi “Qamus” isə türk dillərinin söz ehtiyatını müqayisəli şəkildə araşdırmaq imkanı yaradır.

Layihə türkcə, Azərbaycan türkcəsi, qazaxca, qırğızca, özbəkcə, türkməncə, başqırdca, tatarca və uyğurcadan ibarət olan rəqəmsal lüğət, elmi yoxlamadan keçmiş etibarlı mənbələr əsasında hazırlanıb.

Qeyd olunub ki, hər iki layihə TÜRKPA Baş katibi səfir Mehmet Süreyya Erin rəhbərliyi altında 2023-cü ildən etibarən hazırlanır. Yeni rəqəmsal platformalara masaüstü kompüter və mobil cihazlardan daxil olmaq mümkündür.

Sözügedən layihələrə turkpa.org, qanun.turkpa.org və qamus.turkpa.org saytları vasitəsilə daxil olmaq mümkündür.

Həmçinin yoxlayın

Tramp İrana memoranduma qayıtmayacağını bildirib

GADTB: “Middle East Eye” saytı çərşənbə günü, sentyabrın 9-da, İran İslam Respublikası hökumətinə yaxın iki …

Yəmən hökumət qüvvələri Təiz vilayətinin qərbində irəliləyir: husilərdən bir neçə mövqeyi geri alınıb

GADTB: Yəmənin rəsmi hökumətinə bağlı silahlı qüvvələr bildiriblər ki, Təiz vilayətinin qərbində yerləşən «Əl-Kədəhə» cəbhəsində …