Cümə axşamı , Aprel 15 2021
azfa

Twitterdə işgəncə nəticəsində xəstəxanaya düşən azərbaycanlı fəala dəstək kampaniyası keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs və işgəncəsi nəticəsində xəstəxanaya düşən azərbaycanlı fəal Yaşar Piriyə “Mən dilimlə yaşaram”, “Evladlarımıza qarşı işgəncələrə son verin” həştəgi ilə dəstək kampaniyası keçirilib

Twitter istifadəçiləri bununla Yaşar Pirinin durumundan nigəranlıqlarını bildirməklə yanaşı, rejimin məmurlarının milli-mədəni fəala qarşı qeyri-insanı və qanunsuz işgəncələrinə etirazlarını bildiriblər.

Təbrizdə yaşayan azərbaycanlı milli-mədəni fəal Yaşar Piri rejimin ETTELAAT İdarəsinin rəsmiləri tərəfindən işgəncə edildiyi üçün xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, azərbaycanlı fəal Yaşar Piri fevral ayının 21-də rejimin təhlükəsizlik məmurları tərəfindən yaxalanmışdır. 3 gün sonra, fevralın 24-də 50 milyon tümən girov qarşılığında zaminə buraxılan fəal ayın 26-da Təbriz şəhərinin İmam Rza adına xəstəxanaya yerləşdirilmişdi.

Yaşar Piri Sepahın ETTELAAT bölməsində işgəncə edilərək ciddi bədən xəsarətləri alıb.

Fəalın yaxınlarının bildirdiyinə görə, həkimlər deyiblər ki, fəalın bibər qazı nəticəsində nəfəs borularında problemlər yaranıb və aldığı zərbələrdən böyrəkləri zədələnib. Fəalın bədəninin müxtəlif yerlərində işgəncə izləri mövcuddur.

Yaşar Piri hazırda xəstəxananmın Böyrək çatışmazlığı bölməsində müalicə akltındadır.

Bundan öncə 2019-cu ilin noyabr ayında İranda bahalığa qarşı keçirilən etiraz aksiyaları zamanı bir çox azərbaycanlı fəal kimi Yaşar Piri qardaşı Ruzbeh Piri ilə birlikdə təhlükəsizlik qüvvələri tərəfindən qanunsuz olaraq yaxalanmışdır.

Həmçinin yoxlayın

Güney Azərbaycanın Traxtur komandası Özbəkistanın Paxtakor komandası ilə yarışıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Asiya Çempionlar Liqasının qrup mərhələsində Güney Azərbaycanın Traxtur …

Rejimin məmurlarının təzyiqinə məruz qalan Yusif Karini zindanda özbölməsinə qaytarıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, aprılin 14-də axşam saatlarında azərbaycanlı siyasi məhbus Yusif …