Şənbə , Oktyabr 16 2021
azfa

Üç qardaş ölkənin Azərbaycanda təlimindən qəzəblənən İran Azərbaycan sərhədlərində təxribat törədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, üç qardaş ölkə- Azərbaycan, Türkiyə və Pakistanın birgə təlimindən qəzəblənən İran tulalarını Azərbaycanın üzərinə hürdürməkdən əlavə terrorçu Sepah qruplaşmasını Arazboyu hərbi təlimə cəlb edib.

İranın Azərbaycanla sərhəddə keçirəcəyi təlimlərə Sepah terrorçuları da cəlb edilib. İran Azərbaycan ilə sərhəddə, Culfa-Aslandüz-Muğan istiqamətində hərbi təlimlərə start verir. Təlim ilə bağlı Sepah terrorçuları tərəfindən hərbi silahlar və texnikanın daşınması davam edir.

Hərbi təchizatlar arasında İran istehsalı olan “Tufan” zirehli hərbi maşını da gözə dəyib.

Azərbaycan-Türkiyə, Azərbaycan-Türkiyə-Pakistan birgə hərbi təlimindən və Gorus-Qafan yolundakı məlum insidentdən sonra İran Azərbaycanla sərhəddə hərbi təlim keçirməyə qərar verib.

Bundan əlavə İran rejimi tulalarını Azərbaycana qarşı hürməyə göstəriş verib. Xameneinin Ərdəbil vilayətindəki nümayəndəsi və Ərdəbilin cümə imamı Seyid Həsən Ameli Azərbaycan, Türkiyə və Pakistanın son hərbi təlimlər və manovr keçirməsinə və “Yeni Şafak” qəzetinin bununla bağlı yazdığı məqalənin başlığı ilə bağlı sərsəmləyib.

Ameli bu həftənin cümə namazının xütbələrində deyib: “Türkiyə, Azərbaycan və Pakistanın sərhədlərimizin o tayında birgə hərbi təlimləri başlayıb. Hər bir ölkənin hərbi təlimlər keçirmək və istədiyi ölkəni ora dəvət etmək hüququ var, amma burada bir məsələ var ki, biz asanlıqla bunu gözardı edə bilmərik”.

Ameli əlavə edib: “Təlim ərəfəsində Türkiyə hakimiyyətinin və şəxsən Prezidentinin fikirlərini əks etdirən “Yeni Şafak” qəzeti Azərbaycan parlamentinin deputatına verdiyi müsahibədə “İran xəritədən məhv olur” başlığını seçib”.

O qeyd edib: “İndi ki, nə Azərbaycan, nə də Türkiyə qonşuluq hüququna hörmətlə yanaşmadılar, biz İranın Milli Təhlükəsizlik Şurasından istəyirik ki, bizim əzəmətli “sepah”a icazə versin ki, sərhədin bu tayında “İranın gücünün bir zərrəsini” nümayiş etdirsin və praktiki və əməli şəkildə onlara başa salsın ki, bu, hələ şirin quyruğudur, oynamaq olmaz!”.

Həmçinin yoxlayın

İran rejiminin həbs etdiyi azərbaycanlı jurnalistlərdən xəbər yoxdur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi Güney Azərbaycanın Kəleybər …

Zəncandan Təbrizə Azərbaycan uğrunda anlamlı dəstək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Zəngan şəhərində bir qrup azərbaycanlı milli …