Ukrayna bir gecədə 30-dan çox Rusiya helikopteri məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna ordusu Xerson yaxınlığında bir gecədə Rusiyaya məxsus 30-dan çox helikopteri, canlı qüvvəni və texnikanı məhv edib.

Bu barədə Ukrayna Dəniz Piyadaları Komandanlığı “Facebook”da məlumat yayıb.

Qeyd edilib ki, bu gecə onlar Xerson yaxınlığında yerləşən Çernobayevka aerodromunu ciddi şəkildə “örtüblər”.

Həmçinin, dəniz piyadaları da bildiriblər ki, Nikolayev kənarında Rusiyaya məxsus 3 texnika kalonunu məhv ediblər.

Ukraynalı hərbçilərin Rusiyaya məxsus çoxlu sursat, təkərli texnika, yeddi ədəd D-20 haubitsa topunu ələ keçirdikləri qeyd edilir.

Həmçinin yoxlayın

Təbrizdə Sepah-ın silah anbarları və bazaları vuruldu-Video

GADTB: Bu gün səhər saatlarında Təbrizin bie neçə bölgəsində Sepah-ın silah anbarları və bazaları vurulub. …

Xameneinin öldürülməkdən qorxaraq bütün elekteron əlaqələrini kəsdi

GADTB: Öldürülməkdən qorxan Xamenei gizlənərək bütün elekteron əlaqələrini kəsib. Bunkerdə gizlənən Əli Xamenei öldürülmək təhlükəsindən …