Çərşənbə axşamı , İyun 25 2024
azfa

Ukrayna bir sıra mühüm şəhərləri azad etdi; Ruslar silahlarını buraxıb qaçır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna ordusu bir sıra mühüm şəhərləri azad edib. Xüsusilə İzyumun azad edilməsi Moskvanın ən böyük məğlubiyyəti kimi dəyərləndirilir.

“Röyters” agentliyinin məlumatına görə, minlərlə rus əsgəri geri qaçarkən arxalarında xeyli sursat və avadanlıq qoyub.

“Rusiya ordusu İzyumu maddi-texniki baza kimi istifadə edirdi”, – agentlik bildirib.

Bu arada isə Ukrayna müharibənin 200-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya indiyə qədər 52 650 hərbçi, 2154 ədəd tank, 4 617 ədəd zirehli döyüş maşını, 1 263 ədəd artilleriya sistemi, 311 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 162 hava hücumundan müdafiə sistemi, 242 ədəd hərbi təyyarə, 213 ədəd helikopter, 3 445 ədəd avtomobil texnikası, 902 ədəd PUA, 216 qanadlı raket, 15 gəmi/qayıq, 117 xüsusi avadanlıq itirib.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadə Əbülfəz Elçibəyin məzarını ziyarət etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …

Urmiya gölü hələ də təhlükəli vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Yağıntıların çox olmasına baxmayaraq Urmiya gölü hələ də …