GADTB: Rəsmi Tehrana xəbərdarlıq edirik ki, İranın ballistik raketləri Rusiya Federasiyasına ötürməsi faktı təsdiqlənərsə, bu, Ukrayna-İran ikitərəfli münasibətləri üçün dağıdıcı nəticələrə səbəb olacaq.
Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Vurğulanıb ki, Ukrayna İranın Rusiyaya ballistik raketlərin mümkün ötürülməsi ilə bağlı yayılan xəbərlərdən narahatdır.
Xarici İşlər Nazirliyi İran rəhbərliyini Rusiyaya istənilən növ silah və hərbi texnikanın ötürülməsindən çəkinməyə çağırıb.
“Rusiya ilə İran arasında hərbi-texniki əməkdaşlığın dərinləşməsi təkcə Ukrayna üçün deyil, bütün Avropa, Yaxın Şərq və dünya üçün ciddi təhlükəsizlik təhdidləri yaradır. Biz beynəlxalq ictimaiyyəti beynəlxalq sülh və təhlükəsizliyi qorumaq üçün Tehran və Moskvaya təzyiqləri artırmağa çağırırıq”, – XİN-dən bildiriblər.
Vurğulanıb ki, İran Rusiyaya silah verməməsi ilə bağlı bəyanatlarının səmimiliyini sözlə deyil, əməlləri ilə sübut etmək üçün bu ölkəyə silah tədarükünü tamamilə və birdəfəlik dayandırmalıdır.
Qeyd edək ki, daha əvvəl İranın BMT-dəki daimi nümayəndəliyinin yaydığı bəyanatda Tehranın nə Ukraynaya, nədəki Rusiyaya silah verdiyi bildirilib.