Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Ukrayna İranın terrorçu Sepahının sərnişin təyyarəsini vurmasına dair hesabatını ABŞ-la müzakirə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna xarici işlər nazirinin müavini Yevgeni Yenin Ukrayna təyyarəsinin vurulması ilə bağlı Tehranın hazırladığı gülünc texniki hesabatı ABŞ Dövlət Departamentinin İranla bağlı xüsusi nümayəndəsi Robert Malli ilə müzakirə edib.

Bu məlumatı Ukrayna Xarici İşlər Nazirliyi yayıb.

Yenin təhqiqatın İran tərəfindən etibarlı şəkildə aparılmadığı, ona görə də hesabatın bir neçə vacib faktoru əks etdirmədiyini bildirib. O, İranın qərəzsiz məhkəmə təminatını həyata keçirməli olduğunu söyləyib.

Malli isə öz növbəsində ABŞ-ın lazımi orqanlarının İranı məsuliyyət cəlb etmək üçün dəstək göstərməyə hazır olduğunu bildirib.

Həmçinin yoxlayın

Netanyahu: “Bu gün Mossad, İsrail ordusu və hərbi kəşfiyyata verdiyim tapşırıq İran İslam Respublikası rejimini devirməkdir”

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …

Tehranda irqçi və mürtəce fars rejiminin təşkilatçılığı ilə Azərbaycan Respublikasına qarşı aksiya keçirilib

GADTB: İrqçi və mürtəce fars rejiminin təşkilatçılığı ilə bazar günü Tehranda, Azərbaycan Respublikasının səfirliyinin qarşısında …