Cümə , İyun 13 2025
azfa

Ukrayna Müdafiə Nazirliyi son durumu açıqladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna Müdafiə Nazirliyinin Feysbuk səhifəsində yazılıb ki, düşmənin Vasilkov və Brovarıya qarşı hava hücumu zamanı Ukrayna qırıcılarının pilotları iki Rusiya təyyarəsini vurublar.

 “S-300 zenit-raket diviziyaları isə üç təyyarəni məhv ediblər. Beləliklə, düşmənin 5 təyyarəsi zərərsizləşdirilib. Onlar Su-30 və Su-35 təyyarələridir. Həmçinin Buk M-1 zenit-raket kompleksi Kiyev yaxınlığında düşmən helikopterini vurub.

Ukraynanın Su-25 hücum təyyarələri Kiyev və Jitomir vilayətlərində zirehli texnikaya və düşmən canlı qüvvəsinə bir neçə raket və bomba zərbəsi endirib. Bombardmançı təyyarələr də uğurla işləyib.

Hərbi Hava Qüvvələrinin Su-24M təyyarəsi Çerniqov vilayətində və Berdyansk yaxınlığında tank, texnika, yanacaq və sürtkü yağları olan karvanlara ən azı dörd dağıdıcı bomba zərbəsi endirib. “Bayraqdar TB-2” ekipajları da xüsusi fəaliyyət göstərib”, – nazirlikdən bildirilib.

Rus hərbçiləri çoxlu sayda texnikanı qoyub qaçdı.

Sum vilayətinin kəndlərindən birində rus hərbçiləri çoxlu sayda zirehli texnikanı qoyub qaçıb.  “Ukrayna şokda-müharibə” Teleqram kanalı texnikaların görüntülərini yayıb.

Son məlumata görə isə Rusiya qoşunları Xerson şəhərinə girdi.

Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı birləşmələri gecəboyu davam edən şiddətli döyüşlərdən sonra Ukraynanın Xerson şəhərinə giriblər.

Rusiyanın zirehli texnikası hazırda şəhərin şərq istiqamətindən mərkəzə doğru irəliləyir.

Həmçinin yoxlayın

Marağada molla rejimi azərbaycanlı körpəyə məcburi ad seçimi edib

GADTB: Marağada molla rejimin Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin əməkdaşları azərbaycanlı körpəyə doğum şəhadətnaməsində seçilən adı …

20 ildə ilk dəfə: AEBA İranı nüvə silahının yayılmaması üzrə öhdəliklərini pozmaqda ittiham edir

GADTB: Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Rəhbərlər Şurası İrana qarşı qətnamə qəbul edib və …