GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukraynanın Xerson vilayəti istiqamətində 5 kənd Rusiya Silahlı Qüvvələrindən azad edilib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Xerson istiqamətində 5 kənd azad edilib”, – deyə məlumatda bildirilib. Azad edilən kəndlərin adları açıqlanmayıb.
Həmçinin Xerson vilayətinin Velikiy Aleksandrovka rayonunda Ukrayna hərbçiləri düşmənin 70 canlı qüvvəsini və sursat anbarını məhv edib. Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
“Bundan başqa düşmən Novodmitrovka və Belousov yaşayış məntəqələri rayonunda da canlı qüvvə itkisinə məruz qalıb”, – məlumatda qeyd olunub.