Bazar ertəsi , İyun 17 2024
azfa

Ukrayna qüvvələri bir sıra əarziləri azad etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Müharibəni Öyrənmə İnstitutu (ISW) Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətində irəliləyişi barədə hesabat yayıb.

Hesabatda Ukrayna ordusunun ən azı 20 kilometr irəliləyərək, sentyabrın 6-7-də 400 kvadrat kilometrə yaxın ərazini geri aldığı bildirilir.

Qeyd olunur ki, artıq Rusiya mənbələri də Ukrayna kəşfiyyat-diversiya qruplarının bəzi yaşayış məntəqələrində əməliyyatlar keçirdiyinə dair xəbərlər dərc edir.

Müharibəni Öyrənmə İnstitutunun hesabatında Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətində irəlilədiyi də qeyd olunur: “Ukrayna qüvvələri İzyumdan şimalda Kupyansk istiqamətində Rusiyanın nəzarətində olan ərazidə ən azı 20 kilometr irəliləyərək 6-7 sentyabr tarixlərində təxminən 400 kvadrat kilometr ərazini geri aldı”.

“Ukrayna qüvvələri Rusiyanın nəzarətində olan ərazilərdə – İzyumdan şimala, Kupyansk istiqamətində ən azı 20 kilometr irəliləyərək təxminən 400 kvadrat kilometr ərazini geri alıb. Rusiya mənbələri Ukrayna qüvvələrinin E40 və N26 magistralları ilə cənub-şərq istiqamətində İzyum və Kupyansk istiqamətində irəlilədiyini təsdiq edib. Geolokasiya göstərir ki, Ukrayna qüvvələri həmçinin Balakleya, Verbovka, Yakavenkovo, Voloxovski Yardan (T2210 və E40-ın kəsişməsi) T2110 magistral yolu ilə şimal-şərqə, eləcə də Şevçenkovo istiqamətində irəliləyiblər”, – ISW ekspertləri bildiriblər.

Bundan əlavə, analitiklər qeyd ediblər ki, Rusiya mənbələri artıq Ukraynanın kəşfiyyat-diversiya qruplarının Beliy Kolodez, Volçansk, Qnilits qəsəbələrində əməliyyatlar həyata keçirdiyini bildiriblər.

Bu arad isə Ukrayna müharibənin 197-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya indiyə qədər 51 250 hərbçi, 2112 ədəd tank, 4 557 ədəd zirehli döyüş maşını, 1 126 ədəd artilleriya sistemi, 305 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 159 hava hücumundan müdafiə sistemi, 239 ədəd hərbi təyyarə, 210 ədəd helikopter, 3 344 ədəd avtomobil texnikası, 884 ədəd PUA, 214 qanadlı raket, 15 gəmi/qayıq, 110 xüsusi avadanlıq itirib.

Həmçinin yoxlayın

Səyyad Məhəmmədian girov qarşılığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qoşaçaydan olan Azərbaycan milli hərəkatının tanınmış fəalı Səyyad …

Molla rejimi həbs etdiyi azərbaycanlı vəkil hələ də zindanın karantin bölməsində həbsdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin məmurları Tehrandakı Evin zindanında həbsdə …