Ukrayna Rusiya ordusuna ağır zərbələr endirib bir sıra yaşayış mənqəələrini azad etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna Rusiya ordusuna ağır zərbələr endirib bir sıra yaşayış mənqəələrini azad edib.

Sentyabrın 6-da Ukrayna qüvvələri Xarkov vilayətində əks-hücuma keçib və Verbivka yaşayış məntəqəsini işğaldan azad edib.

Digər yaşayış məntəqələrinin də azad edildiyi bildirilir.

Bu arada Ukrayna müharibənin 196-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya indiyə qədər 50 610 hərbçi, 2097 ədəd tank, 4 520 ədəd zirehli döyüş maşını, 1 194 ədəd artilleriya sistemi, 300 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 156 hava hücumundan müdafiə sistemi, 237 ədəd hərbi təyyarə, 208 ədəd helikopter, 3 320 ədəd avtomobil texnikası, 880 ədəd PUA, 214 qanadlı raket, 15 gəmi/qayıq, 109 xüsusi avadanlıq itirib.

Həmçinin yoxlayın

Avropa Birliyi ölkələri Türkiyədən PUA alır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin PUA sənayesi …

Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır

GADTB: Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, Ermənistanın konstitusiyası dəyişməlidir, çünki orada Azərbaycana qarşı birbaşa …