
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Müharibənin 15-ci günündə Ukrayna Müdafiə Nazirliyi Rusiya ordusunun itkilərini açıqlayıb.
Yenilənən məlumatda rus ordusunun 12 mindən çox canlı qüvvə itkisi olduğu bildirilib.
“Düşmən 335 tank, 123 artilleriya sistemi, 29 hava hücumundan müdafiə sistemi, 49 təyyarə, 81 helikopter, 526 avtomobil, 3 kater, 60 yanacaq sisterni, 7 PUA itirib”, – məlumatda qeyd edilib.