Bazar ertəsi , İyun 17 2024
azfa

Ukrayna Rusiyanın itkiləri açıqladı; Bayraqdar rus hərbi katerini vurdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna müharibənin 152-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya indiyə qədər 39 700 hərbçi, 1 730 ədəd tank, 3 950 ədəd zirehli döyüş maşını, 876 ədəd artilleriya sistemi, 257 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 116 hava hücumundan müdafiə sistemi, 222 ədəd hərbi təyyarə, 188 ədəd helikopter, 2 832 ədəd avtomobil texnikası, 719 ədəd PUA, 174 qanadlı raket, 15 gəmi/qayıq, 73 xüsusi avadanlıq itirib.

Həmçinin Ukrayna hərbçiləri Rusiyanın “Raptor” hərbi katerini vurub. Bu barədə Odessa vilayət administrasiyasının spikeri Sergey Bratçuk məlumat yayıb.

“Raptor” tipli P-275 kateri “Bayraqdar TB2” PUA-sı vasitəsilə vurulub və Rusiyanın nəzarətində olan limanlardan birinə təxliyə edilib”, – Bratçuk bildirib.

Həmçinin yoxlayın

Səyyad Məhəmmədian girov qarşılığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qoşaçaydan olan Azərbaycan milli hərəkatının tanınmış fəalı Səyyad …

Molla rejimi həbs etdiyi azərbaycanlı vəkil hələ də zindanın karantin bölməsində həbsdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin məmurları Tehrandakı Evin zindanında həbsdə …