Ukrayna Rusiyanın itkiləri açıqldı; Ruslara ağır zərbə endirilərək geri oturduldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna müharibənin 158-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya indiyə qədər 40 830 hərbçi, 1 763 ədəd tank, 4004 ədəd zirehli döyüş maşını, 916 ədəd artilleriya sistemi, 259 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 117 hava hücumundan müdafiə sistemi, 223 ədəd hərbi təyyarə, 190 ədəd helikopter, 2 902 ədəd avtomobil texnikası, 735 ədəd PUA, 174 qanadlı raket, 15 gəmi/qayıq, 80 xüsusi avadanlıq itirib.

Həmçinin Rus ordusu Zaporojye vilayətinin Verxniy Tokmak və Çerniqovka qəsəbələrinin ərazisindən çıxarılır.

Həmçinin iyulun 29-da Ukrayna ordusu rusların həmin ərazilərdə olan qüvvələrinə zərbələr endirib. Məhz bundan sonra Rusiya ordusu şəxsi heyət və texnikasını geri çəkib.

“Poloqa şəhərinə təxminən 40-a yaxın yaralı gətirilib. Çerniqovkadakı qoşunlar tamamilə çıxıb. Hazırda bu yaşayış məntəqəsinin ətrafında bir neçə blokpost və 100-ə qədər hərbçi var. Digər qüvvələr Tokmak və Berdyansk şəhərlərinə çəkiliblər”, – məlumatda bildirilib.

Eyni zamanda Ukrayna ordusu Xerson vilayətində rusların canlı qüvvə, texnika və sursat dolu 40 vaqonunu məhv edib. Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko məlumat verib.

“İyulun 29-dan 30-na keçən gecə HİMARS sistemlərinin zərbəsi ilə Krımdan canlı qüvvə, texnika və sursatla birlikdə Xerson vilayətinin Brilevka dəmir yolu stansiyasına gələn 40-dan çox vaqondan ibarət eşelonu məhv edilib”, – Geraşenko bildirib.

Həmçinin yoxlayın

Avropa Birliyi ölkələri Türkiyədən PUA alır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin PUA sənayesi …

Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır

GADTB: Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, Ermənistanın konstitusiyası dəyişməlidir, çünki orada Azərbaycana qarşı birbaşa …