Şənbə , May 18 2024
azfa

Ukrayna rusların 5 qırıcısını məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ötən sutka ərzində Ukrayna Silahlı Qüvvələri rus ordusunun 10 hava hədəfini məhv edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Ötən gün ərzində düşmənin 10 hava hədəfi məhv edilib: iki Su-34 qırıcı-bombardmançı, üç Su-34SM qırıcısı, üç helikopter və bir operativ-taktiki PUA. Vurulan daha bir təyyarənin növü və pilotların ölümü ilə bağlı məlumatlar dəqiqləşdirilir”, – məlumatda bildirilib.

Eyni zamanda ötən həftənin sonuna olan məlumata görə, Belarusun Qomel vilayətindən Rusiyaya 2500-dən çox meyit aparılıb. Bu barədə “Azadlıq” radiosunun Belarus xidməti məlumat yayıb.

Nəşrin mənbələri bölgədə yaralı rusiyalı əsgərlərinin müalicə olunduğunu da qeyd edir. Yaralılar Ukraynadan həm qurudan, həm də vertolyotlarla Belarusun Narovly şəhərinə, ondan sonra isə Mozır və Qomelə gətirilir. Meyitlər isə qatar və təyyarələrlə Rusiyaya aparılır.

“Mozır xəstəxanasında idik. Orada çoxlu yaralı rusiyalılar yatır. Dəhşətli dərəcədə yaralananlar var”, – nəşrin mənbəsi deyir.

Başqa bir mənbə deyir ki, təkcə bazar günü Mozırda yüzə yaxın rusiyalı əsgər əməliyyat olunub. Onların müalicəsində və cərrahi əməliyyatlarında bütün həkimlər, o cümlədən terapevtlər və otorinolarinqoloqlar iştirak edir. Yerli sakinlər hələ də tibbi xidmətlərdən istifadə edə bilər, amma tezliklə problemlər yarana bilər.

Mənbələrin izah etdiyi kimi, məlumat birbaşa həkimlərdən gəlmir – hətta tibb bacıları belə işlərini itirməkdən qorxaraq, məlumatı açıqlanmamaq barədə müqavilə imzalayıblar.

Qeyd olunur ki, Narovlyada əlavə olaraq səhra hospitalı yaradılıb.

“Keçmiş avtobazanın ərazisində çoxlu hərbi çadırlar quraşdırılıb. Orada səhra mətbəxi və camaşırxana var. Yaralıları saymaq çətin olsa da, onların yüzlərlə olduğu aydındır. Hospitalın ərazisinə giriş qadağandır”, – yerli sakinlər danışıb.

Həmçinin yoxlayın

GADTB: Avropa İttifaqı İrandan nüvə doktrinası ilə bağlı təhdidlərə son qoymasını tələb edir

Avropa İttifaqı dünən İran hökumətindən nüvə doktrinasına yenidən baxması təhdidindən əl çəkməsini istədiyini açıqlayıb. Məlumata …

Azərbaycan Milli Məclisi Lüksemburqun Azərbaycana qarşı qərəzli qətnamə ilə bağlı bəyanat yaydı

GADTB: Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi bəyanat yayıb. Bəyanatda deyilir: …