Ukrayna Xerson istiqamətdən hücuma keçdi; Rusiya ordusunun yeni itkiləri

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna Xerson istiqamətindən işğal olmuş əraziləri azad etmək üçün hücuma keçib. Şiddətli döyüşlərin getdiyi bildirilir.

Ukrayna müharibənin 150-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya indiyə qədər 39 240 hərbçi, 1 708 ədəd tank, 3 929 ədəd zirehli döyüş maşını, 864 ədəd artilleriya sistemi, 253 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 113 hava hücumundan müdafiə sistemi, 221 ədəd hərbi təyyarə, 188 ədəd helikopter, 2 820 ədəd avtomobil texnikası, 714 ədəd PUA, 167 qanadlı raket, 15 gəmi/qayıq, 72 xüsusi avadanlıq itirib.

Həmçinin yoxlayın

Avropa Birliyi ölkələri Türkiyədən PUA alır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin PUA sənayesi …

Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır

GADTB: Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, Ermənistanın konstitusiyası dəyişməlidir, çünki orada Azərbaycana qarşı birbaşa …