Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Universitet müəllimi və vəkil Əbülfəzl Rəncbərinin özbaşına saxlanılmasına beynəlxalq etiraz

GADTB: Risk Altında Olan Vəkillərin Beynəlxalq Müşahidə Mərkəzi (OIAD) yaydığı bəyanatda İranda insan haqları müdafiəçisi, vəkil və universitet müəllimi doktor Əbülfəzl Rəncbərinin saxlanılmasını kəskin şəkildə pisləyib.

Bildirilib ki, doktor Rəncbəri 1404-cü ilin may ayının ortalarından etibarən Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və hazırda bu şəhərin mərkəzi həbsxanasında tutulur. O, tam şəkildə vəkilə çıxış hüququndan, ailəsi ilə müntəzəm əlaqədən və zəruri tibbi yardımdan məhrum edilib.

30 ildən artıq peşəkar təcrübəyə malik tanınmış hüquqşünas əsasən siyasi fəalları, vicdan məhbuslarını və azlıqları müdafiə edib. Hazırda ona qarşı irəli sürülən ittiham “ifsad fi-l-ərzdə iştiraka yardım” maddəsidir ki, bu da edam cəzası ilə nəticələnə bilər. Bildirilir ki, ittihamın əsasında onun yeddi il əvvəl akademik konfransda etdiyi tənqidi çıxış dayanır.

Məlumata görə, Rəncbəriyə qarşı ittihamlar əvvəlcə “rejim əleyhinə təbliğat”, daha sonra “casusluq” kimi təqdim edilib, sonradan isə daha ağır maddə ilə əvəzlənib. OIAD bu prosesi vəkilin dinc hüquqi və akademik fəaliyyətinə görə təzyiq və qisas kimi qiymətləndirir və bunu İranda müstəqil vəkillərə qarşı genişmiqyaslı basqıların tərkib hissəsi hesab edir.

Beynəlxalq qurum doktor Əbülfəzl Rəncbərinin dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını, bütün ittihamların ləğv edilməsini, onun sağlamlığının təmin olunmasını, həmçinin vəkillər və insan haqları müdafiəçilərinə qarşı təqiblərə son qoyulmasını tələb edib.

Həmçinin yoxlayın

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …

Təftanda silahlı şəxslərin pusqusunda Fətimiyyun terrorçularının 20-dən çox üzvü öldürülüb və ya yaralanıb

GADTB: Həl-Vəşin məlumatına görə, bu gün, 13 oktyabr 2026-cı il, çərşənbə axşamı, Təftan rayonunun “Çah-Əhməd” …