Şənbə , İyul 18 2026
azfa

Urmiyə gölünün bərpası büdcə çatışmazlığının qurbanı oldu; hökumətin vədləri yerində qaldı

GADTB: BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə əməkdaşlığın müzakirəsinə həsr olunmuş seminarda, Qərbi Azərbaycan valisi Rza Rəhmani Urmiyə gölünün vəziyyətinin artıq “xəbərdarlıq mərhələsini keçdiyini” bildirərək, yalnız uyğunlaşdırılmış və şəffaf proqramların icrası ilə bu gölün bərpasına ümid ola biləcəyini vurğulayıb.

İRNA xəbər agentliyi valinin toplantıda belə dediyini bildirib:

Kənd təsərrüfatı hələ də hövzədə suyun əsas istehlakçısı olaraq qalır və istehlakın ciddi şəkildə azaldılması olmadan heç bir layihə nəticə verməyəcək. O əlavə edib ki, Urmiyə Universitetinin elmi potensialı və yerli mütəxəssislər bərpa layihələrində daha böyük rol oynaya bilər, lakin illərdir qərarlar bölgənin real imkanlarından kənarda qəbul edilir.

Rəhmani xarici yardımlarla bağlı qeyd edib ki, Yaponiyanın ayırdığı 4.5 milyon dollarlıq yardım paketindən Urmiyə gölünə düşən pay cəmi 1 milyon dollardır və bu yardımların şişirdilməsi düzgün deyil. Onun sözlərinə görə, əsas məsələ ayrılan vəsaitin miqdarı deyil, beynəlxalq diqqətin bu kritik böhrana yönəlməsidir.

Şərqi Azərbaycan valisinin sözlərinə görə, Bərpa Qərargahı texniki baxımdan layihələri həyata keçirməyə tam hazırdır. Lakin maliyyə çatışmazlığı hələ də əsas maneə olaraq qalır – hökumət isə bu problemin həllinə dair verdiyi vədləri hələlik yerinə yetirməyib.

Həmçinin yoxlayın

Molla rejimi bütün öhdəliklərini ABŞ ilə imzalanmış memorandum çərçivəsində dayandırdığını açıqlayıb

GADTB: İran xarici işlər nazirinin müavini ABŞ-ı İranla imzalanmış memorandum üzrə öhdəliklərini pozmaqda ittiham edərək …

İranın hücumları müharibə cinayətidir

GADTB: Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) baş katibi Casim Məhəmməd Əl-Bədəvi İranın Bəhreyn, Küveyt və İordaniyada …