GADTB: Urmiya 90 futbol komandasının oyunçuları Qərbi Azərbaycanda rejimin seçki oyununun nəticələrinə etiraz olaraq Urmiya Azərbaycanın ürəyidir yazılmış böyük banner nümayiş etdiriblər.
Oyun başlamazdan əvvəl Urmiya 90 komandasının oyunçuları “Urmiya Azərbaycanın ürəyidir” başlıqlı pankart nümayiş etdirərək, Qərbi Azərbaycan şəhərlərində keçirilən seçkilərin nəticələrinə reaksiya veriblər. Onlar molla rejimi ilə kürd terrorçuların Antiazərbaycan hərəkətlərinə etirazlarını bildiriblər.
Bu futbol matçının tamaşaçıları milli şüarlar səsləndirməklə yanaşı həm ingilis, həm də fars dillərində “Urmia, the heart of Azerbaijan” başlıqlı pankart nümayiş etdiriblər.