Cümə , Sentyabr 18 2026
azfa

Urmiya-90 komandası 1-ci qrup liqaya yüksəldi; Yəzddə farslar Azərbaycana qarşı irqçı şüarlar səsləndirdi

GADTB: Mayın 21-də Urmiya-90 komandası Yəzddə keçirilən oyundan sonra 1-ci qrup liqaya yüksəlib. Yəzd şəhərində Urmunun “90 Urmiya” futbol komandası ilə Yəzdin “Şəhid Qəndi” komandasının oyunu keçirilib.

Yarış 1-1 hesabı ilə başa çatsa da, Azərbaycan təmsilçisi əvvəlki oyunda rəqibini 2-1 hesabı ilə məğlub etdiyinə görə, “Azadeqan” liqasına vəsiqə qazanıb.

Yəzddə keçirilən oyun idman yarışından daha çox yəzdlilərin Azərbaycan və azərbaycanlılara qarşı irqçı və təhqiramiz davranışları və şüarları ilə yadda qalıb.

“Şəhid Qəndi” komandasının tərəfdarları və komandanın texniki heyəti azərbaycanlı oyunçuları təhqir edib, onlara butulka və başqa yad cisimlər ataraq, oyunun gedişatını pozmağa, urmulu futbolçuları qarşıdurmaya cəlb etməyə çalışıblar.

Urmiya təmsilçisinin baş məşqçisinin İran Futbol Federasiyasının nümayəndələri və hakimə iradları cavabsız qalıb, rəqib komandanın oyunçularının qeyri-etik davranışları və ifadələrinə göz yumulub.

video:

https://t.me/GADTB1/42501

Həmçinin yoxlayın

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək – Video

GADTB: Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə …