Cümə axşamı , Oktyabr 15 2026
azfa

Urmiya gölü acınacaqlı durumda

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin Qərbi Azərbacan əyalətinə vali təyin etdiyi Məhəmməd Sadiq Mötəmedianın ötən həftəki iddialarına baxmayaraq, Urmu gölünün məhv olma prosesi davam edir və göl acınacaqlı dutumdadır.

Ekofəalların glün oktyabrın 18-ə olan paylaşımlarından məlum olur ki, Urmiya gölünün su həcmi sentyabr ayı ilə müqayisədə daha da azalıb.

Ətraf mühit fəalı Möhsün Qasid ekoloji problemlə ağlı paylaşımında İran Energitika Nazirliyini də günahlandırıb.

“Ötən aya nisbətən Urmu gölünün durumu dahada pisləşib, bundan əvvəl cüzi su ilə örtülü olan ərazilər indi şoranlığa çevrilib. Yaz aylarında mövsümi yağışlardan sonra göldə su həcmi nisbi şəkldə artsa da, Energitika Nazirliyi bunun davamlı olması üçün əməkdaşlıq etmədi, gölün illik su payının bəndlərdən buraxılmasına razılıq vermədi”,- Qasid bildirib.

Eyni zamanda gölün quruması nəticəsinə yenidən duz fırtınaları təhlükəsiniun yarandığı bildirilir.

https://t.me/GADTB1/37997

Həmçinin yoxlayın

Tramp: Bəlkə də İran rəhbərlərini öldürməməliydik, artıq kiminlə danışıqlar aparacağımı bilmirəm

GADTB: ABŞ Prezidenti Donald Tramp yenidən bildirib ki, bəlkə də İran İslam Respublikasının bir sıra …

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb. Bəyanatı olduğu kimi təqdim …