Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Urmiya gölü Azərbaycanın ürəyidir və onun bərpası vahid Azərbaycan xalqının tələbidir-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Urmiya şəhərindən İran məclisində olan deputatı Salman Zakir Urmiya gölünün qurudulmasına etiraz edib.

Zakir Urmiya gölünü Azərbaycanın qəlbi adlandıraraq onun bərpasının bütöv Azərbaycan xalqının tələbi olduğunu bildirib.

O, Dövlət Proqram və Büdcə Təşkilatının sədri Məsud Mirkazımi və İranın prezidenti İbrahim Rəisiyə xitabən deyib: Qərbi Azərbaycana səfərdən qabaq öncə Urmu gölünün bərpasına büdcə ayırın. Urmiya gölü dünyanın ikinci duzlu gölüdür. O milli parkdır, Azərbaycanın ürəyidir, İran və Azərbaycanın kimliyidir.

Zakir sonda Qərbi Azərbaycan əyalətinin 12 deputatının Urmiya gölünün bərpası ilə bağlı dövlət büdcəsinin ayrılması üçün sözügedən Büdcə Təşkilatının sədrinə məktub yazdığını vurğulayıb: Bu büdcəni köçürün, qazma avadanlığını çıxara bilmirik, büdcəyə ehtiyac var. Xalqın haqqını verin. Biz bu il Urmiya gölünün bərpasını gözləyirik.

Qeyd edək ki, İran rejimi qəsdən Urmiya gölünə axan çayların qarşısını kəsməklə gölü qurudub. Əhalinin etirazlarından sonra gölün bərpasına söz verən rejim isə sözünü tutmayıb və Urmiya gölünü daha sürətlə qurudur.

Həmçinin yoxlayın

Yürüş Mehrəlibəyli və Əli Babayi Təbriz həbsxanasında uyğun olmayan kameralara köçürülüblər

GADTB: Yürüş Mehrəlibəyli ötən həftə karantin kamerasına, Əli Babayi isə detoksikasiya bölməsinə köçürülüb. Mənbələrin verdiyi …

Nəsir Rəzmcu Ərdəbildə evinə ETTELAAT əməkdaşlarının basqınından sonra həbs edilib

GADTB: Azərbaycanlı fəal Nəsir Rəzmcu bu gün, çərşənbə axşamı, 27 oktyabr 2026-cı il səhər saatlarında …