Çərşənbə axşamı , İyun 25 2024
azfa

Urmiya gölü etirazlarında yaxalanan fəallara azadlıq tələbi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Urmiya şəhərində iyulun 16-da Urmiya gölünün qurudulmasına qarşı keçirilən etiraz mitinqində yaxalanan azərbaycanlı fəallara azadlıq tələb edilib.

Bu məqsədlə bir qrup azərbaycanlı fəal Urmiya şəhərində rejimin Urmiyadakı zindanında həbsdə saxlanılan Huşəng Nağızadə və Mikayıl Qulupurun şəkilləri əks etdirilən posterlər hazırlayaraq divarlara yapışdırmaqla onlara azadlıq tələb ediblər.

Fəalların yaydığı posterlərdə “Geri oturmayacağıq”, “Huşəng Nağızadə və Mikayıl Qulupuru azad edin” və “#saveurmialake” və s. şüarlar əks etdirilib.

Qeyd edək ki, irqçi fars rejim Urmiya gölü etirazları ilə bağlı yaxaldığı Hüşəng Nağızadə və Mikayıl Qulupuru Urmiyada zindana köçürüb.

Azərbaycanlı milli fəallar Hüşəng Nəğizadə və Mikayıl Qulipur ailələri ilə telefon danışığı zamanı iyulun 17-də Urmiya şəhərinin mərkəzi zindanına köçürüldüklərini deyiblər.

Hər iki fəalın ailəsi Ümumi və İnqilab İstintaq İdarəsinə müraciət edib və onlara bildirilib ki, Huşəng Nağıpurun zaminə buraxılması üçün 700 milyon tümən, Mikayıl Qulupur üçün isə 500 milyon tümənlik girov qərarı qəbul edilib.

Ailələr istənilən girov sənədini hazır etdikdən sonra müstəntiqə bu barədə məlumat versələr də, o fəalları məhkəməyə qədər müvəqqəti olaraq azad etmək barədə qərar çıxarmaqdan imtina edib.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadə Əbülfəz Elçibəyin məzarını ziyarət etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …

Urmiya gölü hələ də təhlükəli vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Yağıntıların çox olmasına baxmayaraq Urmiya gölü hələ də …