Urmiya gölü hələ də təhlükəli vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Yağıntıların çox olmasına baxmayaraq Urmiya gölü hələ də təhlükəli vəziyyətdədir.

Su və Bataqlıq Ekosistemlərinin İdarə Edilməsi üzrə mütəxəssis Əli Ərvahi bildirib ki, bu il yağıntılar nisbətən normaya yaxın olsa da, Urmiya gölünün vəziyyət ürəkaçan deyil.

Əli Ərvahi deyib: “Ölkədəki bataqlıqların əksəriyyəti su çatışmazlığı və kvotasının ayrılması problemi ilə üzləşir, ola bilsin ki, ölkənin cənubundakı bəzi sahilyanı bataqlıqlar daha yaxşı vəziyyətdədir. Hətta ölkənin şimalındakı sahilyanı bataqlıqlar da Xəzər dənizinin çəkilməsinə görə tez-tez problemlərlə qarşılaşır. İranin mərkəzində yerləşən su-bataqlıq əraziləri, məsələn, Qavxuni bataqlığı, Bəxteqan bataqlığı, Pərişan bataqlığı və ya digərlərinin problemi su haqlarında kök salır. Bununla yanaşı, bu il yağıntılar normal olsa da, Urmiya gölünün vəziyyətinə çox da təsir etməyib”.

Həmçinin yoxlayın

Azərbaycan Ermənistanda artan sürətli hərbiləşmədən narahat olduğunu bildirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə …

Türküstanda “Birləşdik-2024” hərbi təlimi davam edir

GADTB: Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, …