Şənbə , İyul 20 2024
azfa

Urmiya gölü ilə bağlı İran rejiminə xəbərdarlıq: “Azərbaycan qiyama hazırdır”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Urmiya şəhərində Urmiya gölünün qurudulmasına etirazlar davam edir.

Təbriz, Urmiya, Ərdəbil, Sulduz, Xoy və s. şəhərlərin davamında şüarlar yazılandan sonra yenidən Urmiya şəhərində azərbaycanlı milli-mədəni fəallar İran rejiminə gölün qurudulması ilə bağlı etirazlarını bildiriblər. Azərbaycanlı milli-mədəni və ekologiya fəalları Tehran hökumətinə bununla bağlı xəbərdarlıq da ediblər.

Sonuncu dəfə azərbaycanlı faəllar Urmiya şəhərinin məhəllələrinin divarlarına “Azərbaycan qiyama hazırdır”, “Urmu gölünü xilas edəcəyik”, “Urmu gölü can verir” və digər şüarlar yazmaqla rejimə xəbərdarlıq ediblər. 

Qeyd edək ki, İran rejimi Urmiya gölünə axıan çayların qarşısını kəsməklə gölü qurudub və azərbaycanlı faəlların etirazından sonra isə gölün bərpasına söz versə də, sözünü tutmayıb. əksinə rejim körfəzdən farsların yaşadığı səhralıqlara milyardlar xərcləməklə su çəkir.

Həmçinin yoxlayın

“Human Rights Watch” molla rejimin edama məhkum etdiyi azərbaycanlı işçi fəalı ilə bağlı bəyanat yaydı

GADTB: “Human Rights Watch” Rəşt şəhərinin Lakan həbsxanasında saxlanılan edama məhkum edilmiş azərbaycanlı işçi hərəkatı …

​​ Azərbaycanlı fəalı İrəc Şirzad həbs edilərək zindana salınıb

GADTB: Ərdəbildə Güney Azərbaycan Milli Hərəkatının fəalı İrəc Şirzad həbs edilərək siyasi təqiblərin qurbanına çevrilib. …