Bazar ertəsi , May 20 2024
azfa

Urmiya Gölü ilə bağlı Abbas Lisanidən çağırış

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, tanınmış azərbaycanlı fəal və keçmiş siyasi məhbus Abbas Lisani Urmiya gölünün qurudulması ilə bağlı audio formatında müraciət edib.

Lisani müraciətində İran hakimiyyətini gölü bilərəkdən qurutmaqda ittiham edib.

Gölün qurudulması və bərpa işlərinin iddia edildiyi kimi aparılmamasının arxasında siyasi məqsədlərin dayandığını deyən Lisani bunun azərbaycanlılara qarşı yeni soyqırım siyasətinin bir parçası olduğunu söyləyib.

Abbas bəy Lisani həmçinin deyib: “Urmiya gölünün qurudulmasında məqsəd göl yatağında olan dəyərli maddələrin istixracı olsa da, bu, məsələnin sadəcə bir tərəfidir. Azərbaycan torpaqlarının səhraya çevrilməsi və demoqrafik vəziyyətin dəyişdirilməsi planlaşdırılıb. Bunun arxasında siyasi iradə dayanır”.

O, son 100 ildə azərbaycanlılara qarşı assimilyasiya siyasətinin tam nəticə vermədiyinə görə hakimiyyət, fars şovinizmi və antitürk təfəkkürünün əl-ələ verərək azərbaycanlıları fiziki, həmçinin, mənəvi cəhətdən də soyqırıma məruz qoymaq istədiklərini deyib:

“Hazırda müxtəlif səbəblərə görə Azərbaycan xalqının əksəriyyətinin bu plana qarşı laqeyd münasibəti təəssüf doğurur. Bu susqunluq hakimiyyət və fars şovinizmini daha da cəsarətləndirib. Ancaq açıqca deyirəm ki, Azərbaycan milləti bir gərilmiş yay kimidir, daha çox zülmə məruz qaldığı vaxtlar daha şiddətli reaksiya verib. Azərbaycan xalqı uyğun şərait yarandıqda torpaqlarını çöllüyə çevirənlərə cavab verib, onları aid olduqları çöllüklərinə geri qaytaracaq. Bu xalq özünə qarşı olan zülmlərə dözməyəcək və şanına yaraşan yollarla haqqını zalımlardan alacaq”.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadə Türkiyədə Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət etdi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) və Güney …

Türkiyənin Akıncı PUA-sının qəza yerini müəyyənləşdirdikdən sonra Rəisinin cənazəsi tapıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Gücə Türkiyənin yardıma gəlməsi və Akıncı PUA-sını bölgəyə …