Cümə axşamı , Noyabr 13 2025
azfa

Urmiya gölündə 10 milyard ton duz yığılıb

GADTB: Sənədli film prodüseri Möhsün Qasid özünün “Instagram” hesabında Urmiya gölünün quruması ilə bağlı paylaşım edərək, bölgədə yaranmaqda olan ciddi ekoloji böhran barədə xəbərdarlıq edib.

Qasid bildirib ki, gölün qurumuş sahəsində təxminən 10 milyard ton duz yığılıb. Onun sözlərinə görə, 5 500 km²-lik göl yatağı bu duz kütləsini sabit küləklər və toz qasırğaları ilə geniş ərazilərə yaymaq gücündədir. Bu isə bölgə üçün həm ekoloji, həm də ictimai sağlamlıq baxımından ciddi təhlükə yaradır.

“Duz tozunun havaya sovrulması gölün ətrafındakı şəhər və kəndlərdə dəri, tənəffüs, görmə və hətta müxtəlif növ xərçəng xəstəliklərinin yayılmasına səbəb olacaq. Bu hadisə kənd təsərrüfatı torpaqlarını və bağları da məhv edəcək və uzunmüddətli perspektivdə ölkənin şimal-qərbi səhralaşacaq”,- sənətçi yazıb.

Prodüser əlavə edib ki, qasırğalar yaxınlıqdakı şəhər və kəndlərdə dəri, tənəffüs, göz xəstəlikləri, o cümlədən bəzən xərçəng xəstəliyinin artmasına səbəb ola bilər. Eyni zamanda, duzun torpağa hopması kənd təsərrüfatını məhv edə bilər.

Möhsün Qasid bu vəziyyəti “təxirəsalınmaz milli məsələ” adlandıraraq, dövlət qurumlarını və aidiyyəti orqanları dərhal və koordinasiyalı şəkildə hərəkətə keçməyə çağırıb.

Həmçinin yoxlayın

“Traxtur” 2025-ci ilin İranın adlanan ərazidə ən yaxşı futbol komandası seçildi!

GADTB: Futbol Tarixi və Statistikaları üzrə Beynəlxalq Federasiya (IFFHS) 2025-ci il üçün dünyanın ən güclü …

Tikantəpənin Zərəşuran qızıl mədəninin işçiləri etiraz aksiyası keçiriblər

GADTB: Bu gün Tikantəpə (Təkab) şəhərində yerləşən Zərəşuran qızıl mədəninin bir qrup işçisi müəssisənin inzibati …