Bazar , Dekabr 22 2024
azfa

Urmiya gölünü qurdub Azərbaycanı xarabaya çevirmək istəyən molla rejimi Oman dənizindən İsfahana su çəkib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiya gölünü qurdub Azərbaycanı xarabaya çevirmək istəyən molla rejimi Oman dənizindən İsfahana və farslar yaşayan başqa bölgələrə su çəkib.

Artıq Oman dənizindən İsfahana su kanalı çəkilərək istifadəyə veriləcək.

İranın sənaye, yeraltı sərvətlər və ticarət naziri Abbas Əliabadi bununla bağlı açıqlama verərək deyib: “Oman dənizi suyunun İsfahana çatdırılması layihəsi 1 il ərzində reallaşacaq. Layihənin reallaşmasına bütün imkanlar səfərbər edilib. İndiyədək bu istiqamətdə 200 kilometrlik su borusu çəkilib, nəhəng çənlər tikilir”.

Qeyd edək ki, buna oxşar layihələr İranın şovenist-dini hakimiyyətinin özününkü olan digər fars əyalətləri, o cümlədən, əsasən, səhralıq olan Yəzd və Kirman əyalətləri üçün icra olunur.

Lakin İranda yerli xalqlara qarşı kolonializm və assimilyasiya siyasəti yürüdən İran rejimi Urmiya gölünün qurumasına və Güney Azərbaycanda su qıtlığının aradan qaldırılmasına laqeyd yanaşır.

Həmçinin yoxlayın

Pezeşkian dəyərsizləşmiş rialı dəyişir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Pezeşkian İranda puldan 4 sıfırın silinməsi və rialın …

Zülmə məruz qalan Qaşqay türkləri Güney Azərbaycandan dəstək istədilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qaşqay türkləri geyim və mədəniyyətlərinə qarşı tətbiq edilən …