GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiya gölünü qurudan İran rejimi Urmiyada ölkə üzrə ilk əllə yonulmuş duz mağarası yaradır.
Azərbaycanın Mədəni Miras, Turizm və Əl Sənayesi Baş İdarəsinin Planlaşdırma və İnvistisiya İşləri üzrə rəsmisi bildirib ki, Urmiyada ölkə üzrə ilk dəfə əllə yonulmuş duz mağarası hazırlanır.
Layihənin Qərbi Azərbaycanın Mədəni Miras İdarəsinin köməyi ilə, özəl sektor tərəfindən salındığı və bu istiqamətdə işlərin 35 faizinin tamamlandığı açıqlanıb.
Məlumata görə, duz mağarası 1550 kvadratmetr ölçüdə torpaq sahəsində, 80 milyard rial vəsait ayrılmaqla Urmiyanın Bənd kəndində salınır. Bildirilib ki, mağara müalicəvi xarakter daşıyır.