Urmiya gölünü quruyacağı təqdirdə dəhşətli xəstəliklər meydana gələcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın keçmiş vitse-prezidenti və Ətraf Mühitin Qorunması Təşkilatının sabiq sədri İsa Kəlantəri Urmiya gölünün quruyacağı təqdirdə dəhşətli xəstəliklərin meydana gələcəyini deyib.

O deyib ki, “Urmiya gölü quruyarsa, yay və qış mövsümlərinin hərarəti arasındakı fərq 7 dərəcə artacaq”.

Onun sözlərinə görə, hərarət artarsa, həmin 7 dərəcənin insan genetikası, heyvanlar, bitkilər və mikroblar üzərində nə qədər böyük təsir qoyacağı və hansı dəyişikliklərə səbəb olacağı məlum deyil.

İsa Kəlantəri Urmiya gölü ətrafında heyvanlarda dəri xərçənginin 20% artdığını deyərək bölgədə ekoloji problemin dərinləşdiyi barədə xəbərdarlıq edib.

Kəlantəri, Urmiya gölünün qurumasının pik həddə çatdığı 2014-2015-ci illərdə Dövlət Baytarlıq Təşkilatına bu barədə məlumat verdiklərini deyib.

Qeyd edək ki, irqçi fars-molla rejimi qəsdən Urmiya gölünü çayların suyunu bəndlər vasitəsilə kəsmək və s. qeyri-standar layihələrlə qurudub.

Həmçinin yoxlayın

Axios: Putin İranı uranı zənginləşdirmədən nüvə sazişi bağlamağa çağırıb

GADTB: Rusiya prezidenti Vladimir Putin İranı uranı yüksək dərəcədə zənginləşdirmədən ABŞ iləyeni nüvə sazişi bağlamağa …

Tehranda Ali Milli Təhlükəsizlik Şurasının iclasına raket hücumu və rəsmilərin təcili çıxışdan qaçmasına etiraf

GADTB: Molla rejimin terorçu SEPAH-ına bağlı Fars Xəbər Agentliyi xəbər verib ki, iyunun 16-da səhər …