GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Urmiya gölü yenidən yay aylarında suyu azaldığı üçün qırmızı rəngə boyanıb. Son illər göl hər il avqust ayında qırmızı rəngə çalır.
Hidrobioloqlar hesab edirlər ki, Urmiya gölünün qırmızı rəngə boyanmasının səbəbi göldə yetişən dunaliella adlı birhüceyrəli yosundur. Əsl rəngi yaşıl olan bu yosunlar yüksək duzluluq şəraitində qırmızı rəngə boyanırlar.