
GADTB: İrqçi fars-molla rejimin Urmiya gölünü qurutması əhali didərgin salır.
Artıq Urmiya gölünün quruması və su ehtiyatlarının tükənməsi səbəbindən ətrafdakı əkin sahələri məhv olub, fermerlərin güzəranı zəifləyib.
İLNA xəbər agentliyi bu barədə yaızıb: “Yaranmış bu ekoloji vəziyyət bir çox fermerləri iş yerini dəyişməyə və köç etməyə məcbur edib”.
Xəbər agentliyi Urmiya gölünün qurumasının ekoloji fəlakət olmaqla yanaşı, bölgə əhalisinin sağlamlığını da birbaşa təhdid etdiyini vurulayıb.
Qeyd edək ki, maksimum 33, minimum 15 milyard kubmetr su tutumu olan Urmiya gölü quruyub və hazırda göldə yalnız 200 milyon kibmetrə yaxın su qalıb. İrqçi fars-molla rejimi bir tərəfdən göklə axan çayların qarşısında bənd tikib, suyu gölə buraxmamar, digər tərəfdən isə qəsdən suya çox ehtiyacı olan məhsulların göl hövzəsində əkinini yayqınlaşdırmaqla Urmiya gölünü qurudub.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi