Bazar , Oktyabr 18 2026
azfa

Urmiya gölünün qurudulmasına etiraz olaraq gölün qurumuş yatağında insan zənciri təşkil edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiya gölünün qurudulmasına etiraz olaraq gölün qurumuş yatağında insan zənciri təşkil edilib.

Bir qrup Urmiya şəhər sakini ekoloji fəaliyyətləri çərçivəsində simvolik bir addımla insan zənciri formalaşdıraraq Urmiya gölünün xəritəsi və onun ekosistemi ilə bağlı şəkilləri olan plakatlar nümayiş etdirib.

Bununla azərbaycanlı fəallar Urmiya gölünün tükənməkdə olan ömrünü xatırladaraq, ictimai rəyin diqqətini bu faciəyə yönəltməyə çalışıb, Azərbaycanın incisini bərpası və xilas etməyə çağırış ediblər.

60 metr uzunluğundakı bu pankartda milli parkın heyvan növlərini ehtiva edən Urmiya gölünün təsviri həkk olunub.

Qeyd edək ki, Urmiya gölü Milli Parkının Kəbudan (Qoyun dağı) və Əşk adalarında rast gəlinən ən əsas heyvan növlərindən qoç və qoyun, sarı maral və bəbir var.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …