Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Urmiya gölünün quruması 99 faizi keçdi – göl demək olar ki, tamamilə yoxa çıxıb

GADTB: Son araşdırmalar göstərir ki, Urmiya gölü demək olar ki, tamamilə quruyub və artıq yalnız tarixi səthinin təxminən 10 faizi qədər su qalıb. Gölün yerində indi geniş duz və çirklənmə sahəsi yaranıb.

Zəlzələ Araşdırmaları İnstitutunun tədqiqatçısı, Məhədi Zare bildirib ki, 9 Aban 1404 (30 oktyabr 2025) tarixində aparılan müşahidələrə əsasən, göl “ağ, zəhərli və cansız bir səhraya” çevrilib. Onun sözlərinə görə, göldə quruma səviyyəsi hazırda 99 faizdən yuxarıdır və qalan su sahəsi təxminən 580 kvadrat kilometrdir. Halbuki 1990-cı illərdə gölün sahəsi 5 min kvadrat kilometrdən çox idi.

Zare gölün bu vəziyyətə düşməsinin əsas səbəbi kimi insan amili və səhv su idarəçiliyi siyasətlərini göstərib. O, aşağıdakı faktorlara diqqət çəkib:

Nəzarətsiz və məqsədsiz su anbarı (bənd) tikintiləri

Kənd təsərrüfatı üçün həddindən artıq su istifadəsi

Gölün təbii su dövranını pozan avtomobil yolu tikintisi

Tədqiqatçı həmçinin bildirib ki, indiyə qədər aparılan “bərpa layihələri” də gölün qurumasını dayandırmaqda uğurlu olmayıb.

Həmçinin yoxlayın

Həbsdə olan azərbaycanlı həkim Həmid Qərəhəsənlinin səhhəti ilə bağlı narahatlıq davam edir

GADTB: Bir qrup həkim və tibb işçisi İran İslam Respublikasının məhkəmə hakimiyyətinə məktub göndərərək həbsdə …

WSJ: “İran nüvə obyektlərini möhkəmləndirir”

GADTB: “The Wall Street Journal” (WSJ) qəzeti yazıb ki, İran mümkün yeni hərbi qarşıdurmaya hazırlaşır, …